lombard
10:52
327

Qubada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Qubada həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Dekabrın 8-i axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətov bədənin bir neçə nahiyəsinin kəsilmiş-deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat edilsə də, həyatını qurtarmaq mümkün olmayıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini Mehman Balayev saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, H.Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

(azərtac)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ