Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
(AZƏRTAC)