Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.
Dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayonunun qadın sakininin içərisində 440 manat olan pulqabısı oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov yaxalanıb.
Dekabrın 17-də marşrut avtobusunda Bakı şəhər sakini T.Rüstəmovun cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
(AZƏRTAC)