lombard
14:06
455

Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Xətai rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin və 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində dörd avtomobildən parfümeriya, üç noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


(AZƏRTAC)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ