Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da və 19-da rayondakı iki evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Ağayev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 19-da rayondakı evlərin birindən mebel, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramal Həsənov yaxalanıb.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 13-də rayonda dörd avtomobildən noutbuk, mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılıb.
(AZƏRTAC)