lombard
17:21
445

Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilinin şüşəsinin sındırıldığını və içəridən sənədlərinin, bankomat kartlarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılmış tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


(AZƏRTAC)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ