lombard
11:11
383

Füzulidə 3 otaqlı ev yanıb

Füzulidə 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Bala Bəhmənli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

(Trend)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ