lombard
14:50
340

Lökbatanda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.



trend

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ