lombard
13:50
320

Musiqili Teatrda həftəsonu üç tamaşa göstəriləcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Sənət ocağının səhnəsində üç səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər aprelin 26-da “Kimdir müqəssir?”, 27-də isə “Arşın mal alan” tamaşalarına baxa biləcəklər.

Aprelin 28-də “O olmasın, bu olsun” tamaşası təqdim olunacaq.

Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.


(Azərtac)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ