Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla
yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir.
Cari ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində
təlimlərə cəlb edilib.
Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət
dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət
növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək. Bu da onların
kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək.
Hazırda işsiz və işaxataran vətəndaşların özünüməşğulluq proqramına cəlb
edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin
edilməsi nəzərdə tutulub.