lombard
14:26
256

Energetika Nazirliyində “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının növbəti iclası olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclası giriş sözü ilə açaraq
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən
dövrdə milli dövlətçiliyə və xalqa misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb.
Nazir bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu
Partiyanın Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nufuza malik
olduğunu bildirib. S.Babayev ulu öndərimizin ideyalarına dərin sədaqət ruhunda fəaliyyət
göstərən YAP-ın ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində daim ön sırada olaraq
fəal iştirak etdiyini diqqətə çatdırıb.
Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın
bütün sahələrdə dinamik inkişaf edən bir ölkə olduğunu vurğulayan nazir dövlət başçısının
sosial islahatlar proqramının uğurlarından bəhs edib. Əhalinin rifah halının yaxşılaşdırılmasına
yönələn əhəmiyyətli addımların atıldığını, əmək, məşğulluq, sosial təminat sahələrində müasir,
şəffaf, operativ idarəçilik və xidmət mexanizmlərinin qurulması üçün innovativ həllərin tətbiqinə
əsaslanan islahatları diqqətə çatdırıb. Nazir bütün sahələrdə olduğu kimi, sosial inkişafın təmin
edilməsi işlərində də YAP-ın mühüm töhfələr verdiyini qeyd edib.
S.Babayev bildirib ki, öz sıralarında 737 mindən çox üzvü birləşdirən Partiyanın
S.Əsgərova 85 ərazi ilk partiya təşkilatı da fəaliyyətini YAP prinsiplərinə uyğun qurub və
təşkilat üzvlərinin sayı mütəmadi artaraq 337-yə çatıb. Ümumilikdə son bir ildə 450-yə yaxın
nazirlik əməkdaşı müraciət edərək YAP sıralarına qəbul edilib və hazırda nazirlik sistemində
çalışanların mütləq əksəriyyəti Partiyanın üzvüdür: “Müsbət haldır ki, partiya sıralarına qəbul
edilmək istəyən, bunun üçün müraciət edən əməkdaşlar arasında gənclərin üstünlük təşkil
etdiyini görürük, bu da gənclər arasında da siyasi yetkinlik səviyyəsinin yüksək olduğunu
göstərir.”
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək vurğulayıb ki, YAP-ın
öz sıralarını daim genişləndirməsi partiyaya cəmiyyətdə olan yüksək inam və etibarın
göstəricisidir. Bunun əsasında Partiyanın keçdiyi şərəfli yol, azərbaycançılıq əqidəsinə
söykənərək daim ölkəmizin hərtərəfli tərəqqisi və firavan gələcəyi üçün göstərdiyi xidmətlər
dayanır. Təsadüfi deyil ki, bu gün YAP ümumxalq partiyası kimi böyük nüfuza sahibdir.
İclasda Partiya sıralarına qəbul edilmiş 45 nəfərə üzvlük vəsiqələri təqdim edilib.
Sonra nazirlik sistemində çalışanlardan daha 200-ə yaxın (o cümlədən S.Əsgərova 85
ərazi ilk partiya təşkilatı üzrə 52) əməkdaşın YAP sıralarına daxil olmaq üçün ərizələri qəbul
olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ