lombard
15:01
396

Ali məktəblərə müsabiqədənkənar qəbul

Azərbaycan təhsil müəssisələrinə müsabiqədənkənar qəbulun həyata keçirilmə mexanizmi işə düşdü.
Azərbaycanda 2018-ci il qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə atılan addımlarla yadda qaldı. Xüsusən, ötən dərs ilinin sonunda Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketi Milli Məclisdə qəbul edildi. Nəticədə sözügedən qanuna 62 düzəliş edildi. Bundan sonra təhsil sahəsində bir sıra qaydalarda ciddi dəyişikliklər həyata keçirildi. Artıq həmin dəyişikliklərin həyata keçirilməsi qaydaları da müəyyənləşməkdədir. Qanunda həyata keçirilən həmin dəyişikliklərlə bağlı Nazirlər Kabineti tətbiq ediləcək bir neçə qaydanı təsdiqlədi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ