lombard
15:29
273

Boston 28 Mayı "Azərbaycanın Milli Günü" kimi qeyd edəcək şəhərlərin sırasına qoşuldu

Boston şəhərinin meri Martin Cozef Uolş (Martin Joseph Walsh) bununla bağlı xüsusi bəyannamə imzalayıb.

Bəyannamədə qeyd olunub ki, 28 May – Azərbaycan Demokratik Cumhuriyyətinin (ADR) yarandığı gündür və dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı bu tarixi Azərbaycanın Respublika Günü və sələflərinin töhfəsi kimi xatırlamaqdadır. Mer xalqına seçki hüququ verən ilk dövlətlərdən biri olan ADR-in həmin dönəmdə Amerika Birləşmiş Ştatları da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığına da diqqəti cəlb edib.

Martin Cozef Uolş vurğulayıb ki, bu tarixi hadisə təkcə ADR-in yaranmasının 101-ci ildönümü olaraq deyil, həm də dünyadakı cəmiyyətlərə bir nümunə kimi dəyərləndirilməlidir.

M.C.Uolş şəhərin azərbaycanlı icmasını bu əlamətdar tarix münasibətilə təbrik edib və bütün sakinləri “New England” Azərbaycan Mədəniyyət Mərkəzinin vasitəsilə qeyd ediləcək bayrama qatılmağa çağırıb

© diaspor.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ