lombard
15:49
243

Xaçmaz və Yardımlıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba regional Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Nərəcan kənd məscidində, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Yardımlıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib.

Xaçmazda “Dini radikalizm: insan hüquq və azadlıqılarına təhlükə kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Xaçmaz rayonu Nərəcan kənd məscidinin imamı Fazil Əliağayev və dindarlar, Yardımlıda keçirilən tədbirdə isə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yardımlı Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Aqil Əliyev, müəllim və şagirdlər iştirak ediblər.

Hər iki tədbirdə vurğulanıb ki, Azərbaycan dövləti öz vətəndaşının hüquqlarını yüksək səviyyədə təmin etməklə yanaşı, onun rifah halının daha da yaxşılaşdırılması sahəsində çox böyük işlər görür. Eyni zamanda, “İnsan Hüquqları Aylığı” çərçivəsində bölgələrdə təşkil olunan tədbirlərdən, bu aylığın əhəmiyyətindən bəhs edilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© scwra.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ