lombard
15:52
469

Zərdabda “İnsan Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva aktiv fəaliyyəti ilə seçilən gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb. 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində hər il sistemli şəkildə keçirilən maarifləndirici xarakterli tədbirlərin gənclərin hüquqi düşüncəsi və mədəniyyətinin inkişaf etdirilməsində, hüquqlarını bilməsi və müdafiəsində əhəmiyyətli rolu olduğu vurğulanıb.

Sonda iştirakçılara ailədə, cəmiyyətdə hüquqların pozulduğu halda onların hansı formada müdafiəsinin mümkünlüyü haqqında məlumatlar verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.


© scwra.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ