lombard
15:54
261

“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir baş tutub

Mayın 23-də Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu A.Mirəliyev adına Qazma kənd 2 nömrəli tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Ləman Balayeva, Balakən rayonu A.Mirəliyev adına Qazma kənd 2 nömrəli tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əsildar Əhmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əsildar Əhmədov keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışıb.

Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verib, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev öz çıxışında bildirib ki, hüquqi, dünyəvi və demokratik dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı sahəsində dövlətin həyata keçirdiyi siyasətə hər birimiz dəstək nümayiş etdirməliyik. Dini radikalizmin cəmiyyətimizdə insan hüquq və azadlıqlarına qarşı yaratdığı fəsadlar haqqında ətraflı məlumat verən E.Atakişiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

© scwra.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ