lombard
16:55
385

Tovuzun Alakol kəndində 624 şagird üçün tikilən məktəb binası yeni dərs ilində istifadəyə veriləcək

Respublikamızın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da təhsil infrastrukturunun yenilənməsi istiqamətinə həyata keçirilən tədbirlər davam edir.

Hazırda rayonun Alakol kəndində N.Sadıqov adına tam orta məktəb üçün yeni binanın tikintisi aparılır.

2019/2020-ci tədris ilinin əvvəlində açılışı nəzərdə tutulan məktəb binası 3 mərtəbədən ibarətdir.

Artıq tikintisi yekunlaşmış binanın yaxın günlərdə daxilində təmir işlərinə başlanılacaq. 624 şagird üçün nəzərdə tutulan məktəb müasir maddi-texniki vasitələrlə də təchiz ediləcək.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ