Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər ikinci ildir ki, ipəkqurdu bəsləyirlər.
Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkədə baramaçılığın inkişafına yenidən önəm verilməsi rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Laçınlı məcburi köçkünlər də baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. İpəkqurdunun yem bazasını təmin etmək məqsədilə Taxtakörpü ərazisində 11 min ədəd tut tingi əkilib.
Laçınlı kümçülər ötən il 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyib, 1050 kiloqram barama istehsal ediblər. Bu il isə 37 qutu (703 qram) ipəkqurdu toxumu gətirilərək, baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Artıq işin son mərhələsidir. Yaxın günlərdə barama tədarükünə başlanılacaq. Cari mövsümdə 1,5 ton barama istehsalı nəzərdə tutulub.
© AzərTac