lombard
17:19
313

Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub

Əmək, məşğulluq və sosial müdafiə sahəsində Azərbaycanla əlaqələrin
genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə ölkəmizə
səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Rusiya
arasında müxtəlif sahələrdə zəngin tarixə malik qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin
getdikcə genişlənərək inkişaf etdiyini, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsində olduğunu vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dayanıqlı
inkişafa nail olunduğunu bildirib, ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətləri diqqətə
çatdırıb.
S.Babayev Azərbaycanın sosial inkişaf strategiyası, əhalinin rifah halının
yaxşılaşdırılması istiqamətində ölkəmizdə atılan mühüm addımlar, əmək, məşğulluq, sosial
müdafiə sisteminin innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlar,
ölkəmizin sosial sahədə yeni uğurlu təcrübəsi olan DOST layihəsi barədə məlumat verib. O,
əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda Rusiya ilə fəal
əməkdaşlıq təcrübəsinin olduğunu və əlaqələrin daim genişləndiyini deyib.
Nazir qeyd edib ki, ötən dövrdə Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və
sosial müdafiə sahəsində bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Əlilliyi olan şəxslərin
reabilitasiyası, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, əmək hüquqlarının qorunması,
əməyin mühafizəsi, peşə standartlarının hazırlanması, əlilliyin qiymətləndirilməsi, işsiz və
işaxtaran vətəndaşların peşə hazırlığı və digər müvafiq sahələrdə əməkdaşlıq, ardıcıl təcrübə
mübadilələri həyata keçirilib. Eyni zamanda, iki ölkə arasında pensiya təminatı sahəsində
Müqavilənin layihəsinin hazırlanması üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları
arasında ekspert görüşlərinin, müvafiq mövzuda müzakirələrin davam etdirilməsi
əməkdaşlıqda daha bir müsbət məqam kimi qeyd edilə bilər.
S.Babayev beynəlxalq təşklilatlar – Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial
Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə
Məşvərət Şurası çərçivəsində də iki nazirlik arasında əlaqələrin, tərəflərin sosial sahəyə dair
təşkil etdiyi elmi konfrans, seminar və s. tədbirlərdə qarşılıqlı iştirakının məmnunluq
doğurduğunu bildirib. O, hazırlanmış yeni Saziş layihəsinin iki nazirlik arasında əməkdaşlıq
müstəvisinin yeni istiqamətlər üzrə genişlənməsini nəzərdə tutduğunu vurğulayıb.
M.Topilin Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb, ölkəsinin
Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığının ildən-ilə genişlənməsindən məmnunluğunu
ifadə edib. O, hər iki nazirliyin fəaliyyət sahələrində yeni çağırışlara uyğun islahatların geniş
vüsət aldığını, bu islahatlar prosesində qarşılıqlı faydalı əlaqələrin əhəmiyyətini vurğulayıb.
M.A.Topilin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin, təcrübə
mübadilələrinin uğurla davam etdirilməsi və genişlənməsi üçün rəhbəri olduğu nazilrik
tərəfindən müvafiq işlərin aparıldığını qeyd edib.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və gələcək istiqamətləri ətraflı müzakirə olunub.
Daha sonra S.Babayev və M.Topilin tərəfindən “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə

Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq
haqqında Saziş” imzalanıb.
Saziş iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin
normativ hüquqi tənzimlənməsi, əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla
insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o
cümlədən peşə standartlarının hazırlanması və tətbiqi istiqamətlərində əməkdaşlığı nəzərdə
tutur. Həmçinin sənədə əsasən, iki nazirlik vətəndaşların, xüsusilə sosial müdafiəyə ehtiyacı
olan vətəndaşların məşğulluğuna yönəldilmiş tədbirlərin görülməsi, aktiv məşğulluq
tədbirlərinin hazırlanması və həyata keçirilməsi, əmək bazarının monitorinqi və
proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, əməyin mühafizəsi və təftişi məsələləri daxil
olmaqla sosial-əmək münasibətləri, əmək mübahisələrinin həlli sahəsində əməkdaşlıq
həyata keçirəcək.
Sazişdə sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət,
yoxsulluğun azaldılması üzrə tədbirlərin görülməsi, yaşayış minimumu həddinin
müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, tibbi-sosial ekspertiza və
reabilitasiya, əlilliyi olan şəxslərin məşğulluğu və sosial inteqrasiya, sosial xidmətlər, sosial
tərəfdaşlıq və işsizlikdən sosial müdafiə sistemlərinin inkişafı, müvafiq sahələrdə birgə
layihələrin hazırlanması, həyata keçirilməsi, elmi tədqiqatların, proqramların əlaqələndirilməsi
və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri əksini tapır.

© Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ