lombard
17:21
268

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri
Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla
anılıb.
Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub,
şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.
Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd iki ölkə arasında əmək,
məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsi
imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.

© Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ