Əmək münasibətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək
Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sisteminə daxil edilmiş əmək müqaviləsi
bildirişi qeydiyyata alındıqdan və bu barədə işəgötürənə e-qaydada məlumat
göndərildikdən sonra rəsmiləşir. Bunun nəticəsi kimi, hər bir işçinin onunla bağlı
qeydiyyata alınmış əmək müqaviləsi bildirişi məlumatlarını elektron informasiya
sistemindən real vaxt rejimində əldə edə bilmək imkanı vardır.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin Bakının Nəsimi rayonunda “Əmək münasibətlərinin
rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam
verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması”
mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.
İşəgötürənlərin iştirak etdiyi tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi
proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam
verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumat verilib. Əmək münasibətlərinin
rəsmiləşdirilməsinin həm işçilər, həm də işəgötürənlər üçün üstünlükləri, əmək bazarı
iştirakçılarının qanuni mənafelərinin təmin edilməsi, istehsal və xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, əməyin məhsuldarlığının artırılması baxımından faydaları qeyd edilib.
Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum
olması, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi də
diqqətə çatdırılıb.

© sosial.gov.az