lombard
10:51
261

Respublika günü münasibəti ilə reabilitasiya müəssisəsində tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlilliyi olan şəxslər üçün
Bərpa Mərkəzində 28 May-Respublika günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, nazirlik
yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov,
millət vəkilləri Tahir Rzayev, Hikmət Babaoğlu, nazirlik yanında İctimai Şuranın sədri Umud
Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin
sədri Mehdi Mehdiyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və b. iştirak edib.
Çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin
tariximizin şərəfli səhifələrdən biri olduğunu, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin
xalqımızın müsəlman Şərqində ilk demokratik respublika qurmaq əzmini nümayiş etdirdiyini
vurğulayıblar. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu
müasir müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi
böyük inkişaf yolunda inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi bu gün bütün sahələrdə dayanıqlı inkişafa,
güclü iqtisadiyyata və güclü orduya malik olan, dünya birliyində nüfuzlu mövqeyi ilə seçilən bir
dövlətdir.
Tədbirdə dövlət müstəqilliyi daim möhkəmlənən Azərbaycanda uğurlu sosial inkişaf
startegiyasından bəhs olunub. Aparılan sosial siyasətin nailiyyətləri kimi, əhalinin rifah halının
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunduğu, sosial infrastruktur
layihələrinin ildən-ilə geniş miqyas aldığı vurğulanıb. Eyni zamanda, əlilliyi olan şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün aparılan
işlər qeyd edilib.
Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə əlilliyi olan
şəxslər üçün yeni reabilitasiya mərkəzləri yaradılıb və bu proses hazırda da davam edir. Cari
ildə də ölkəmizdə bir sıra bərpa mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı,
bərpa-müalicə müəssisələrinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər
aparılır. Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində də yüksək standartlara cavab
verən reabilitasiya şəraiti yaradılıb. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının
reallaşdırılması məqsədilə səmərəli fizioterapevtik üsullar tətbiq edilir.
Mərkəzdə bərpa kursu keçən əlilliyi olan şəxslər ürək sözlərini ifadə edərək, daim
güclənən və hər bir vətəndaşına qayğı ilə yanaşan, dəstək olan bir dövlətin vətəndaşları
olmaqdan qürur hissi keçirdiklərini vurğulayıblar.
Tədbir incəsənət ustalarının ifasında ədəbi-musiqili proqramla davam edib.

© sosial.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ