lombard
11:31
443

Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub

Qonaqlara Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələri üzrə elektron sistemlərinə dair təqdimatlar edilib. Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim
Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
(DOST Agentliyi) DOST mərkəzi ilə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara məlumat verərək
vurğulayıb ki, bu gün ölkəmizdə sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də
dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal
mexanizmlər üzərində qurulmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət
edir. DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, geniş əhatəyə malik sosial xidmətlərin “bir
pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə
tutur.
Qeyd olunub ki, Agentliyin artıq ilk DOST mərkəzi hər gün 350-dən artıq vətəndaşa
xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126
növdə xidmət göstərilir. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və
həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.
Rusiya nümayəndə heyəti əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya,
sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər,
həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri və s. sahələr
üzrə xidmət bölmələri ilə tanış olublar. Burada çalışan sosial agentlərin və könüllülərin iş
funksiyalarını, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər.
M.Topilin və nümayəndə heyətinin digər üzvləri DOST mərkəzinin onlarda maraq və
gözəl təəssüratlar yaratdığını vurğulayıblar. Onlar ölkəmizin sosial sahədə bu mühüm islahat
tədbirinin uğurlu innovativ yenilik olduğunu qeyd ediblər.
Sonra nümayəndə heyətinə Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində
elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib. Ölkəmizdə qeyri-
rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər və icra olunan özünüməşğulluq
proqramı ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron
sistemlərin bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara
layiq görüldüyü də diqqətə çatdırılıb.

Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə  heyəti DOST mərkəzi ilə tanış olub
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə  heyəti DOST mərkəzi ilə tanış olub

© sosial.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ