lombard
11:48
288

ABŞ-da həbs edilən iranlı professora azadlıq tələb edilir

Ümumdünya Müsəlman Professorları İttifaqı ABŞ-da həbs edilən tanınmış iranlı professor Məsud Süleymaniyə azadlıq tələb edib.

AZƏRTAC xəbər verir ki, hematologiya üzrə tanınmış mütəxəssis olan Məsud Süleymani 8 il əvvəl “Mayo” klinikasının dəvəti ilə Kaliforniyaya yola düşüb. Professor Kaliforniya hava limanında ABŞ-ın Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilib.

İttifaqın bəyanatında deyilir ki, məhkəmənin qərarı olmadan professorun 8 il həbsdə saxlanılması insan hüquqlarına ziddir. Təəssüf hissi ilə qeyd olunur ki, ABŞ-da fəaliyyət göstərən insan hüquqları təşkilatları başqa ölkələrdə qanunazidd hesab etdikləri hallara qarşı çıxış edirlər. Lakin istintaqsız və məhkəməsiz 8 il həbsdə yatan professorun taleyinə biganə yanaşırlar.

Bəyanatda bildirilib ki, professoru həbs etməklə ABŞ İranın elmi inkişafının qarşısını alçağa çalışır.

Ağ evə ünvanlanan bəyanatda qeyd olunub ki, M.Süleymaninin səhhətində problemlər yaranıb və o, tez bir zamanda azad olunmalıdır.

Xatırladaq ki, 8 il əvvəl həbs edilən professora qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.

© sosial.gov.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ