lombard
11:55
251

ABŞ Prezidenti Yaponiyanın İmperatoru ilə görüşüb

Mayın 27-də ABŞ Prezidenti Donald Tramp ilk əcnəbi lider olaraq Yaponiyanın yeni İmperatoru Naruhito ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti və onun xanımının İmperator Naruhito və İmperatriçə Masako ilə görüşü Tokioda İmperator sarayında baş tutub.

Belə görüşlər Yaponiyaya gələn istənilən qonaq üçün daha rəsmi və mühüm ehtiram əlaməti kimi yüksək qiymətləndirilir.

Görüşdən əvvəl qonaqların rəsmi qarşılanma mərasimi keçirilib. Yüksəksəviyyəli qonaqları Yaponiya özünümüdafiə qüvvələrinin fəxri qarovul dəstəsi salamlayıb.

Həmin gün axşam İmperator cütlüyü tərəfindən qonaqların şərəfinə dövlət ziyafəti veriləcək.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ