Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2019-cu il 6 may tarixli Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair mayın 27-də Bakı Biznes Mərkəzində seminar-müşavirə keçirilir.
Müşavirədə dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apellyasiya şuralarının sədrləri və katibləri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev tədbirdə çıxış edərək bildirib ki, bu il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə çalışan şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.
Müşavirədə qarşıda duran vəzifələrin icrası, dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının üzvləri seminar-müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
© AzərTac