lombard
12:44
495

“Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş” imzalanıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli"nin tətbiqi üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş" imzalanıb.

Sazişi Milli Depozit Mərkəzinin idarə heyətinin sədri Araz Əliyev, "Azər Türk Bank"ın idarə heyətinin sədri Orxan Məmmədov, "PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımov, "Xalq Bank"ın idarə heyəti sədrinin birinci müavini Kamran Məcidov, "Yapı Kredi Bank"ın idarə heyətinin sədri Cenk Yüksel imzalayıblar.

Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları tərəfindən həyata keçirilməsi, hesablaşma rejimlərinin optimallaşdırılması və hesablaşma prosesinin iştirakçıları arasında münasibətlər sisteminin müasir və mütərəqqi prinsiplər əsasında yenidən formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, yeni modelə əsasən, hesablaşma zamanı aktivlərin əvvəlcədən deponentləşdirilməsinə zərurəti qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qiymətli kağızların təkrar bazarında tamamilə aradan qalxacaq ki, bu da öz növbəsində, bazarda likvidliyin daha səmərəli tənzimlənməsini təmin edəcək.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ