lombard
12:45
310

Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi mühüm əhəmiyyətə malikdir

Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılıb. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları ictimai birliklər və fondlar haqqında” yeni Qanun qəbul edilib.

Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Ədliyyə Nazirliyində “Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov bildirib ki, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması, sürətli və dinamik inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı mükəmməl, siyasi və iqtisadi konsepsiyalara, mərhələ-mərhələ reallaşdırdığı demokratik, hüquqi və iqtisadi islahatlara söykənir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Abil Orucəliyevin “Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin tələbləri”, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimovun “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti: vəzifələr və məsuliyyət” mövzularında çıxışları dinlənilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ