lombard
12:52
304

Rumıniyada Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə əsasən Milli Liberal Partiyası liderdir

Rumıniyada Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə görə, iqtidardakı Sosial Demokrat Partiyası 23,38 və müxalif Milli Liberal Partiyası 26,79 faiz səs toplayıb. USR Plus koalisiyası 21,40 faiz, Pro Romania 6,61 faiz, PMP 5,65 faiz, UDMR 5,44 faiz, ALDE 4,24 faiz səs qazanıb.

Eyni zamanda, Rumıniyada ölkə Prezidentinin təşəbbüsü ilə keçirilən antikorrupsiya referendumu da uğurlu keçib. Referendumun nəticələri Prezident Klaus Yohannisə hökumətin istefaya getməsini tələb etməsinə zəmin yaradıb. Baş nazir Viorika Dançila AGERPRES agentliyinə bildirib ki, referendumun nəticələrinə baxmayaraq, Prezidentin tələbinə uyğun olaraq hökumət istefaya getməyəcək. Hökumətin istefası yalnız etimadsızlıq votumu nəticəsində baş verə bilər.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ