lombard
13:49
299

Velosipedçilərimiz Kiyevdə “Horizon Park Classic” yarışında uğurla çıxış ediblər

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib. Birgünlük veloturda Azərbaycanın elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

Təmsilçilərimiz 112 kilometr məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər. Bununla da həm E.Əsədov, həm də S.Cəbrayılov ölkəmizin reytinqinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ