lombard
14:07
286

“Çelsi” Bakıda keçiriləcək Avropa Liqasının finalına itkilərlə gəlir

Londonun “Çelsi” futbol klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşündə N’Qolo Kantenin xidmətindən istifadə edə bilməyəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi son məşqdə dizindən zədələnib. Yarımmüdafiəçi böyük ehtimalla final oyununu buraxacaq.

Kante cari mövsümdə “Çelsi”nin heyətində keçirdiyi 52 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə səbəbindən oynamayacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ