lombard
14:18
260

Avropa Parlamentində Almaniyanın hansı partiyaları təmsil olunacaqlar?

“Infratest Dimap” sosioloji xidməti dünən Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

XDİ/XSİ bloku (Almaniyada sağ mərkəzçi siyasi partiyalar bloku) səslərin 28,8 faizini toplayıb. İkinci yerdə 20,6 faizlə “İttifaq-90/Yaşıllar” Partiyasının namizədləri, üçüncü yerdə isə 15,5 faiz səslə Almaniya Sosial-Demokrat Partiyasıdır (ASDP). Sonrakı yerlərdə 10,8 faizlə “Almaniya üçün Alternativ” Partiyası, 5,4 faiz səslə Azad Demokratik Partiya (ADR) və eynilə 5,4 faizlə “Sol Partiya” qərarlaşıblar.

XDİ/XSİ və ASDP partiyalarından olan namizədlər ötənilki seçkilərlə müqayisədə itkiyə məruz qalıblar. O zaman bu partiyalar müvafiq olaraq, 35,3 və 27,2 faiz səs toplamışdılar. “İttifaq-90/Yaşıllar” Partiyasının namizədləri isə göstəricilərini yaxşılaşdırıblar.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ