Qobustan Milli Tarix-Bədi Qoruğunda növbəti tədbir Beynəlxalq Uşaqlar Gününə həsr olunacaq. İyunun 1-də reallaşacaq tədbiri qoruq, Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirəcək.
Qobustan Milli Tarix-Bədi Qoruğunun direktoru Vüqar İsayev AZƏRTAC-a bildirib ki, tədbir çərçivəsində valideyn himayəsindən məhrum olmuş bir sıra internat məktəbinin uşaqları üçün qoruq ərazisində xüsusi əyləncəli proqramlar təşkil ediləcək. Uşaqlar qoruqda yaradılan şəraitlə yaxından tanış olmaqla, ən qədim tarixə qədim insan məskənlərinin izi ilə ekskursiya edəcəklər.
Bununla yanaşı, həmin gün saat 14.00-dan 18.00-dək qoruq ərazisində uşaqlar üçün “açıq qapı” günü də təşkil olunacaq. Balacalar ödənişsiz olaraq qoruğun bütün imkanlarından yararlana biləcəklər.
Qobustan Milli Tarix-Bədii Qoruğu bütün balaca fidanları asudə vaxtlarının səmərəli keçməsi üçün maraq dolu proqrama qoşulmağa dəvət edir.
© AzərTac