lombard
14:36
385

“Bavariya” alman futbolçuya görə “Mançester Siti”yə 80 milyon avroluq təklif göndərib

Almaniyanın “Bavariya” klubu İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Leroy Saneni transfer etmək istəyir.

Bir müddət əvvəl “Bavariya” klubunun prezidenti Uli Höness Leroy Sane ilə maraqlandıqlarını açıqlamışdı.

Münxen təmsilçisi alman futbolçusu üçün “şəhərli”lərə 80 milyon avroluq ilk təklifini göndərib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Siti”dən ayrılmaq istəyən hücumçunun növbəti mövsümdə “Bavariya”da forma geyinəcəyi gözlənilir.

© Azərtac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ