lombard
15:14
222

Aşqarlar Kimyası İnstitutunda dissertantlar innovativ elmi tədqiqatlara cəlb olunub

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda müəssisənin dissertantlarının apardıqları innovativ elmi tədqiqatların əsas nəticələrinin müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarda dissertantlar son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zamanı əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında məruzə ediblər, seminar iştirakçılarının suallarını cavablandırıblar.

Seminarda “Pestisidlərin biovasitələrlə əvəz edilməsi və zərərinin aradan qaldırılması”, “Yağlayıcılıq xassələrini yaxşılaşdıran kükürd saxlayan birləşmələr” və digər mövzularda məruzələr dinlənilib. Məruzələr institutun mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilib.

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ