lombard
15:25
277

“Qalatasaray” Frank Riberini transfer etmək istəyir

Mövsümün sonunda Almaniyanın “Bavariya” klubu ilə yollarını ayıracaq Frank Riberi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

“Qalatasaray” fransalı ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.

“Cim-bom” rəhbərliyi gələn aydan azad agent statusuna malik olacaq 36 yaşlı hücumçuya rəsmi təklif göndərib. İstanbul nəhəngi ona ikiillik müqavilə təklif edib.

“Qalatasaray” gələn mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi Riberinin qərarına müsbət mənada təsir edə bilər.

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ