lombard
15:32
322

Azərbaycanlı rejissorun filmi Rusiyada keçiriləcək kino festivalına təqdim edilib

Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi Rusiyada keçiriləcək kino festivalına təqdim edilib.

Andrey Tarkovski adına “Zerkalo” XIII Beynəlxalq Kino Festivalı iyunun 14-21-də Rusiyanın İvanovo şəhərində keçiriləcək. Müsabiqəyə 9 film təqdim olunub. Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi müsabiqənin əsas proqramına daxil edilib. Film Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə istehsalıdır.

Festivalda Fransa, Niderland, Almaniya, Rusiya, İsveçrə və digər ölkələrin filmləri də nümayiş olunacaq.

Müsabiqənin münsiflər heyətinə Emir Bayqazin (Qazaxıstan), Darya Juk (Belrus), Co Bini (ABŞ), Mauritsio Baruççi (İtaliya) və Alisa Xazanova (Rusiya) daxildir

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ