İmişlidə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi qalıb. Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxıb, milli dövlətçiliyimizin bərpasında bünövrə rolunu oynayıb.
Bildirilib ki, XX əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanda dövlətçilik ənənəsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
© AzərTAc