"Qəbələ" klubu tarixində ilk dəfə olaraq qazandığı Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək.
Mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.
Klubun əldə etdiyi ilk kubok 28 May - Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.
Təqdimatın bədii hissəsində tanınmış müğənni Roza Zərgərli, meyxanaçı Pərviz Bülbülə mahnı oxuyacaq, rəqs və musiqi qrupları tamaşaçıları əyləndirəcək.