Fransanın “Lion” klubunun hücumçusu Nabil Fekir yayda komandanı tərk edəcək.
Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin prezidenti Jan-Mişel Ola Fransa mətbuatına açıqlamasında deyib. Ola Fekirin növbəti mövsümdə komandada olmayacağını bildirib.
2013-cü ildən “Lion” klubunun şərəfini qoruyan Fekir komandanın heyətində indiyədək 193 rəsmi qarşılaşmada meydana çıxıb. Bu matçlarda o, 69 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
N.Fekirlə İngiltərənin “Liverpul” və “Çelsi” klubları yaxından maraqlanır.
© AzərTAc