lombard
16:08
214

Mayın 27-də Bakıda havanın temperaturu iqlim normasından 3.2° yuxarı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Departamentdən bildiriblər ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16, Qəbələdə 1 millimetr olub. Mayın 28-də saat 10:50-11:20 radələrində Sarıbaşda diametri 1,4 santimetr olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi əsib, arabir Naftalanda 22, Bakıda və Abşeron yarımadasında 18-20 metr/saniyəyədək güclənib.

Mayın 27-də Bakıda havanın temperaturu iqlim normasından 3.2° yuxarı olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 21-25°, Aran rayonlarında 27-32°, dağlıq rayonlarda 19-21°, Naxçıvan Muxtar Respublikasında 28-31° isti olub.

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ