lombard
16:32
291

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda mayın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19°, gündüz 23-27° isti, Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ