Sumqayıtda marketdə yanğın baş verib. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsindən bildirilib ki, Koroğlu küçəsində yerləşən "Ən ucuz market"də alovlanma olub. Marketdə alver edən müştərilər operativ təxliyə edilib.
Yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən dərhal söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
© AzərTAc