lombard
16:43
287

Bakıdan 21 məktəbli Respublika fənn olimpiadalarının qalibi oldu

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 21 paytaxt məktəblisi qalib olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyan şagirdlərdən 4 nəfər gümüş, 17 nəfər bürünc medal qazanıb.

BŞTİ-dən bildirilib ki, olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında təşkil ediləcək.

Xatırladaq ki, ADA Universitetində informatika, Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

©AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ