lombard
16:59
253

Qəbul imtahanının nəticəsi açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin, V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

DİM-in yaydığı xəbərə görə, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

© oxu.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ