lombard
10:51
312

Azərbaycanın milli bayramı - Respublika Günü İordaniyada da qeyd edilib

İordaniya-Azərbaycan Dostluq Qrupunun Qadın Komitəsinin, habelə Azərbaycan diasporunun rəhbəri Zümrüd Dadaşovanın təşəbbüsü ilə Respublika Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə Zümrüd Dadaşova ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımız arasında azərbaycançılıq məfkurəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi müdrik siyasətdən söhbət açıb. O, Ulu Öndərin xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etdiyini xatırladıb. Qeyd edib ki, Ümummilli Lider hər bir dövlətin qüdrətinin təkcə iqtisadi resurslarla deyil, həm də xaricdə formalaşdırdığı diaspor və lobbisinin gücü ilə ölçüldüyünü nəzərə almış, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etmiş, habelə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdı.

Zümrüd Dadaşova ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, dövlətimizin başçısının güclü diaspora malik xalqların xarici siyasətdə uğurlar qazanması, mənafelərini layiqincə qoruması, ümummilli problemlərini həll etməsi, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ etməsi barədə mühüm fikirlərini səsləndirib.

Tədbirdə diasporun gələcək planları barəsində fikir mübadiləsi aparılıb.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ