lombard
14:09
427

Dillər Universitetində Argentina ilə bağlı kitablar təqdim olunub

Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin fəlsəfə və ictimai elmlər kafedrasının “Argentinanın iqtisadiyyatı”, regionşünaslıq kafedrasının “Argentinanın coğrafiyası” və “Argentinanın etnoqrafiyası” kitablarının təqdimatı keçirilib.

ADU-daN bildirilib ki, tədbiri açan professor Jalə Qəribova universitetin argentinaşünaslıq ixtisasında təhsilin uğurla davam etdirildiyini, Argentina universitetləri ilə sıx əlaqələr qurulduğunu deyib.

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Argentina ilə bağlı Azərbaycan dilində kitablar hazırlanması haqqında layihədən danışıb. Kafedranın dosenti Aqil Şahmuradov, müəllimi Sevinc Qurbanova, İspan Dili Mərkəzinin müdiri Nərgiz Mədətova təqdimatı keçirilən kitablar haqqında ətraflı məlumat veriblər.

Bu nəşrlərdən ali təhsil müəssisələrinin regionşünaslıq və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan bakalavr və magistrantları, eləcə də bu ölkə haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi bəhrələnə bilər.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ