lombard
14:18
309

Uşaq Filarmoniyası növbəti konsertə hazırlaşır

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, iyunun 1-də reallaşacaq konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsert çərçivəsində respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçılar Azərbaycan, rus və Qərbi-Avropa bəstəkarlarının əsərlərini səsləndiriləcək.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ