lombard
14:54
344

Nizami Kino Mərkəzində uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib

Mayın 30-da Nizami Kino Mərkəzində diqqət və qayğıya xüsusi ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir “Salnaməfilm” sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə məqsəd uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.

Əvvəlcə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində mayın 27-dən 31-dək “Uşaq kinosu həftəsi” keçirilir. Kino həftəsi çərçivəsində 16 müəssisədə 32 film nümayiş olunur.

Sonra tədbirdə uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim edilib, cizgi filmləri nümayiş olunub.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ