lombard
14:58
361

Qubalı uşaqlar bayram sevincini birlikdə yaşayıblar

Quba şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil olunub.

Şənlikdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil, mədəniyyət işçiləri, ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarının kollektivləri və balacalar iştirak ediblər.

200 nəfərdən çox balacanın iştirak etdiyi bayram şənliyində uşaqların ifalarında mahnı və rəqslər təqdim olunub. Bağça uşaqlarının və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edənlər balacaları təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.

Sonda bir qrup istedadlı şagirdə fəxri fərmanlar təqdim olunub.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ